Meksika Prezidenti Klaudio Şeynbaum ötən gün onu öpməyə çalışan şəxsi məhkəməyə verib.
Bizim.Media “BBC News”a istinadən xəbər verir ki, dövlət başçısı bunu təkcə prezident kimi öz adından deyil, ölkəsinin bütün qadınlarının adından etdiyini bildirib.
“Məhkəməyə müraciət etməyə qərar verdim, çünki ölkəmizdə bütün qadınlar bu cür hallarla rastlaşırlar. Əgər onlar prezidentlə belə davranırlarsa, digər bütün qadınlarla nə baş verəcək?” - Şeynbaum deyib.
Dövlət başçısı tələbə olarkən bu cür hallara məruz qaldığını söyləyib.
Xatırladaq ki, ötən gün Mexiko şəhərində Uriel Rivera adlı şəxs Klaudio Şeynbaumu öpməyə çalışıb. Sonradan həmin şəxs şəhərdə daha iki qadına qarşı cinsi təcavüzdə şübhəli bilinərək həbs olunub. Onun ölkə prezidentini öpməyə çalışarkən spirtli içki və ya narkotik vasitələrin təsiri altında olduğu bildirilir.
Qeyd edək ki, Klaudiya Şeynbaum Meksikanın ilk qadın prezidentidir. O, ötən il seçicilərin 59,75 %-nin səsini toplayaraq Meksika prezidenti seçilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:30 / 06.11.2025
Qadın prezident onu öpməyə çalışan kişini məhkəməyə verdi - VİDEO
Hazırda oxunan: Qadın prezident onu öpməyə çalışan kişini məhkəməyə verdi - VİDEO
Hazırda oxunan: Qadın prezident onu öpməyə çalışan kişini məhkəməyə verdi - VİDEO
579266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































