Sarkozi həbsxana yeməyindən imtina etdi - YALNIZ QATIQ YEYİR

Hazırda oxunan: Sarkozi həbsxana yeməyindən imtina etdi - YALNIZ QATIQ YEYİR

579265

Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsxana yeməyindən imtina edib və yalnız qatıqla qidalanır.

Bizim.Media xəbər verir ki, “Point” nəşri bu barədə informasiyanı siyasətçinin yaxınlarına istinadla yayıb.

Məlumata görə, sabiq dövlət başçısı özünə qarşı çoxsaylı düşmən münasibətlərini nəzərə alaraq kameraya gətirilən yeməklərə toxunmur. O, həmçinin bacarmadığı üçün ərzaq alıb yemək də bişirə bilmir.

Qeyd edək ki, Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə beş il həbs cəzasına məhkum edilib. Oktyabrın sonunda Parisdəki “Sante” həbsxanasına yerləşdirilən sabiq prezidentin təhlükəsizliyini iki silahlı polis təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin