HƏMAS-ın tunellərdə gizlənən 300 döyüşçüsü yenə HÜCUMA HAZIRLAŞIR?

Hazırda oxunan: HƏMAS-ın tunellərdə gizlənən 300 döyüşçüsü yenə HÜCUMA HAZIRLAŞIR?

579210

HƏMAS hərəkatının yüzlərlə döyüşçüsü hazırda İsrailin nəzarətində olan Qəzza zolağının hissəsində yeraltı tunellərdə mühasirədə qalıb. Onların İsrail mövqelərinə hücum etməsi atəşkəs razılaşmasını təhlükə altına qoya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) nəşri yazıb.

Məlumata görə, bu döyüşçülərin taleyi atəşkəsin ikinci mərhələsinə keçidlə bağlı danışıqlarda ciddi fikir ayrılığına səbəb olub. HƏMAS nümayəndələri döyüşçülərin öz nəzarətlərində olan əraziyə təxliyəsini tələb edir, İsrail isə onların əsir götürülməsini və ya tam məhv edilməsini istəyir.

HƏMAS bildirir ki, yeraltında qalan döyüşçülərlə əlaqə mart ayından kəsilib, yalnız yaxın günlərdə bərpa olunub, İsrail isə iddia edir ki, əlaqə heç vaxt tam itirilməyib və HƏMAS rəhbərliyi onlara hücumları dayandırmaq əmri verə bilərdi.

HƏMAS-ın qiymətləndirməsinə görə, tunellərdə təxminən 100 döyüşçü qalıb. İsrail və ərəb mənbələri isə bu rəqəmi 200–300 nəfər arasında göstərir. Onların çoxu Rəfah şəhəri ətrafında, bir hissəsi isə Qəzzanın şimal və mərkəzi bölgələrindədir.

Daha əvvəl HƏMAS nümayəndələri xəbərdarlıq ediblər ki, bəzi döyüşçülər atəşkəsdən sonra qüvvədə olan qaydaları pozaraq İsrail ordusu ilə toqquşmalara girə bilərlər. İsrail hərbçiləri isə radikalları əsir almağa çalışır, çünki HƏMAS-ın israilli girovların cəsədlərinin təhvil verilməsini dayandıra biləcəyindən ehtiyat edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin