Rusiyada kişilərin ev işlərini görən həyat yoldaşlarına pul ödəməsi təklif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı psixoloq, siyasi məsləhətçi və ictimai xadim Aleksandra Miller Rusiya KİV-lərinə açıqlama verib:
“Söhbət həyat yoldaşının bütün ev işlərini öz üzərinə götürdüyü halda ər tərəfindən ona qanunla təsbit olunmuş şəkildə müəyyən ödəniş etməsi zərurətindən gedir. Bu, sabit aylıq ödəniş formasında olmalı və qadının yalnız özünə məxsus hesaba köçürülməlidir.
Bu məcburi ödənişlər ər tərəfindən verilən sədəqə deyil, əməyə görə ədalətli kompensasiya və eyni zamanda kişinin karyerasının, rahatlığının və uğurunun qadının pulsuz əməyinə söykəndiyinin tanınmasıdır.
Bundan başqa, bu tədbir qadınlara maliyyə təhlükəsizliyi qazandırar: o, yardım istəyən deyil, öz maliyyə dayağı olan tərəfdaş kimi çıxış edəndır. Bu da ailəni möhkəmləndirər və münasibətləri daha dürüst edər.”
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:46 / 06.11.2025
Rusiyada kişilər ev işlərini görən həyat yoldaşlarına pul ödəyəcək?
Hazırda oxunan: Rusiyada kişilər ev işlərini görən həyat yoldaşlarına pul ödəyəcək?
Hazırda oxunan: Rusiyada kişilər ev işlərini görən həyat yoldaşlarına pul ödəyəcək?
579204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































