Kobaxidze Gürcüstandakı etirazlar barədə: “Bu, xarici xüsusi əməliyyatdır”

Hazırda oxunan: Kobaxidze Gürcüstandakı etirazlar barədə: “Bu, xarici xüsusi əməliyyatdır”

579202

Gürcüstanda baş verən etiraz aksiyaları xarici xüsusi əməliyyatdır.

Bizim.Media Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib.

“2020 və 2024-cü illərin diversiyaları, son dörd ildə qarşılaşdığımız beş inqilab cəhdi – bütün bunlar Gürcüstanın milli maraqlarına qarşı yönəlmiş vahid böyük xüsusi əməliyyatın tərkib hissəsidir. Bu əməliyyatda “Milli Hərəkat”, “Axali”, “Lelo” və “Qaxariya – Gürcüstan naminə” partiyaları eyni dərəcədə iştirak ediblər”, deyə o, əlavə edib.

Kobaxidze vurğulayıb ki, bir sıra müxalifət partiyalarının qadağan edilməsi Gürcüstanda demokratiyanın qorunması üçün zəruridir və bu məsələ dövlət əhəmiyyətli bir addımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin