Merts və Lyayen Kolumbiyadakı sammitə getməyəcək - Trampı qəzəbləndirmək istəmirlər

Hazırda oxunan: Merts və Lyayen Kolumbiyadakı sammitə getməyəcək - Trampı qəzəbləndirmək istəmirlər

579067

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Almaniya kansleri Fridrix Merts Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Cəmiyyətinin (CELAC) sammitinə qatılmayacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg yazıb.
 

Merts və fon der Lyayen Kolumbiyada keçiriləcək tədbirə ABŞ prezidenti Donald Trampın narazılığına səbəb olmamaq üçün getməmək qərarına gəliblər.


Görüş 9–10 noyabr tarixlərində Santa-Marta şəhərində keçiriləcək. Hazırda sammitdə yalnız beş Avropa ölkəsinin, eləcə də üç Latın Amerikası və Karib hövzəsi ölkəsinin liderlərinin iştirakı təsdiqlənib.

Mənbələrin sözlərinə görə, əksər Avropa liderləri tədbiri buraxacaq, çünki ABŞ Kolumbiya və Venesuelaya təzyiqləri artıraraq onları narkotik ticarətində ittiham edir.
 

Almaniya hökumətinin mətbuat katibi Ştefan Kornelius bildirib ki, Merts “digər dövlət və hökumət başçılarının az iştirakı səbəbindən” sammitə getməyi planlaşdırmır.


Eyni səbəbdən Ursula fon der Lyayen də tədbirdə iştirak etməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin