Kreml rəsmisindən XƏBƏRDARLIQ - Rusiyada vətəndaş müharibəsi başlaya bilər

Hazırda oxunan: Kreml rəsmisindən XƏBƏRDARLIQ - Rusiyada vətəndaş müharibəsi başlaya bilər

579059

Rusiyada yığılıb qalmış sosial, iqtisadi və siyasi ziddiyyətlər səbəbindən vətəndaş müharibəsi başlaya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyasının ictimai proseslərin monitorinqi və təhlili idarəsinin rəhbəri Aleksandr Xariçev “Dövlət” (“Gosudarstvo”) jurnalında dərc olunan “Biz kimik?” adlı məqaləsində yazıb.

Xariçevin fikrincə, vətəndaş müharibəsi Rusiyanın qarşısında duran beş əsas təhdiddən biridir.
 

Digər təhdidlərə ölkənin siyasi, ərazi və mədəni suverenliyini itirməsi, depopulyasiya (əhali azalması), vətəndaşların hakimiyyətə inamının sarsılması, siyasi sistemin çökməsi, eləcə də “insanlığa yadlaşma” və rusların istehlak yönümlü varlıqlara çevrilməsi daxildir.


Kreml rəsmisi bildirib ki, vətəndaş müharibəsi təhlükəsinə qarşı cavab “öz sivilizasiya koduna əsaslanan “Özümüzünküləri yolda buraxmırıq” ideologiyasının formalaşdırılması” olmalıdır.

Onun sözlərinə görə, bu ideologiya həmçinin suverenliyin itirilməsinin də qarşısını ala bilər.

Xariçev yaxın vaxtlarda “vətənpərvərlik” haqqında qanunun qəbul ediləcəyini də elan edib.

Həmin qanuna əsasən, bütün dövlət orqanları, təhsil müəssisələri və qurumlar vətəndaşlarda müvafiq dünyagörüşünü formalaşdırmaq öhdəliyi daşıyacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin