Nyu-Yorkun yeni meri Trampa səsləndi: “Bu şəhərdə korrupsiyaya son qoyacam”

Hazırda oxunan: Nyu-Yorkun yeni meri Trampa səsləndi: “Bu şəhərdə korrupsiyaya son qoyacam”

578981

Demokratlar partiyasının üzvü Zöhran Mamdani Nyu-York meri olaraq korrupsiyaya son qoyacağını və ABŞ prezidenti Donald Tramp və onun tərəfdarlarına qarşı çıxacağını vəd edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Son bir əsr ərzində Nyu-York şəhərinin ƏN GƏNC MERİ


Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

«Əgər Trampın tərəfdarı olan insanlara necə qalib gəlməyi göstərə biləcək birisi varsa, o da onu yetişdirən şəhərdir. Əgər despotu qorxuya salmağın bir yolu varsa, bu, onun hakimiyyətə gələ bilməsinə şərait yaradan səbəbləri məhv etməkdir. Beləliklə, biz yalnız Trampı deyil, ondan sonra gələnləri də dayandıracağıq», — deyə o tərəfdarlarına müraciət edərkən bildirib.

Mamdani «Tramp kimi milyarderlerin vergidən yayınmasına imkan verən korrupsiyaya son qoyacağı» sözünü verib.
 

«Nyu-York immiqrantlar tərəfindən tikilmiş, immiqrantlar tərəfindən inkişaf etdirilən və indi immiqrant tərəfindən idarə olunan şəhət olaraq qalacaq”, deyə Mamdani vurğulayıb.


«Məni dinləyin, prezident Tramp», — O, Ağ Ev sahibinə müraciət edib — «Əgər siz bizə çatmaq istəyirsinizsə, bunu etmək üçün hamımızın arasından keçməlisiniz».

Xatırladaq ki, Mamdani Uqandada dünyaya gəlib.

Yeri gəlmişkən, Mamdani Nyu-York şəhərinin meri kimi gələn il yanvarın 1-də and içəcək. Hazırda şəhərə Erik Adams rəhbərlik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin