Brüssel hava limanı fəaliyyətini dayandırdı - Dron TƏHLÜKƏSİ

Hazırda oxunan: Brüssel hava limanı fəaliyyətini dayandırdı - Dron TƏHLÜKƏSİ

578968

Brüssel hava limanında dronların müşahidə edilməsi ilə əlaqədar bütün uçuşlar və enişlər müvəqqəti olaraq dayandırılıb.

Bizim.Media xəbər verir ki, Belçika mediası axşam saatlarında dronlarla əlqədar hava limanının təxminən bir saat müddətində uçuş və enişlər üçün bağlı elan edildiyini yazıb.
 

Belçikanın NATO tərəfindən istifadə olunan Klayne-Brogel hərbi bazası yaxınlığında da yenidən dronlar müşahidə edilib. Vətəndaşlar aerodromun yaxınlığında altı dron gördüklərini bildiriblər.


Polis isə iki dronun mövcudluğunu təsdiqləyib.

Həftəsonu da bu hərbi baza üzərində bir neçə dəfə dronlar müşahidə olunub.

Oktyabrda bu hərbi bazada NATO-nun illik təlimlərinin bir hissəsi keçirilib.

Bu manevrlərdə Alyansın ərazisinin nüvə silahları ilə müdafiəsi ilə bağlı təlim tapşırığı icra edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin