Yunanıstan parlamentində türk maskaları paylandı – SƏS-KÜY YARANDI

Hazırda oxunan: Yunanıstan parlamentində türk maskaları paylandı – SƏS-KÜY YARANDI

57891

Deputatlar arasında “Made in Turkey” yazısı olan tibbi maskaların paylanması Yunanıstan parlamentində müzakirələrə səbəb olub.

Bizim.Media Yunanıstan mətbuatına istinadən yazır ki, Yunanıstan Kommunist Partiyasından olan millət vəkili Liana Canelli parlamentdə çıxışı zamanı Türkiyədə istehsal olunan qoruyucu vasitələrə diqqət çəkib.

“Parlamentdə bizə payladığınız maskalar Türkiyədəndir. Üzərində “Made in Turkey” yazılıb. Pis deyil. Türkiyədən gələn miqrantlar Yunanıstana daxil ola bilməsələr də, ticarət maraqları sərhədi keçir”.

Mövzu ilə bağlı mətbuata açıqlama verən Yunanıstan parlamentinin sədri Konstantinos Tasulas maskaların Türkiyədə hazırlandığını təsdiqləyib.

O, izah edib ki, maskaların tədarükü ilə bağlı tenderdə ən aşağı qiymət təklif edən alman şirkəti qalib gəlib. Onun sözlərinə görə, müəssisəyə məxsus malları istehsal edən zavodun Türkiyədə olması diqqət çəkməyib. Spiker əlavə edib ki, əgər bu əvvəlcədən məlum olsaydı, maskaların alınması üçün başqa şirkət seçilə bilərdi. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin