Rusiya ordusu Donetsk vilayətində hücuma keçdi

Hazırda oxunan: Rusiya ordusu Donetsk vilayətində hücuma keçdi

578882

Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka istiqamətində hücum qruplarını fəallaşdırıb. Bu istiqamətdə Rusiya Silahlı Qüvvələrinin itkiləri artmağa başlayıb.

Bizim.Media xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Qüvvələrinin baş leytenantı, “Aleks” çağırış adlı zabit öz Telegram kanalında yayıb.

“Onların (rusların) canlı qüvvə itkisi çoxalır,” – deyə o bildirib.

Zabitin sözlərinə görə, rus hərbçiləri Alekandro-Şultine kəndi istiqamətindən Konstantinovkaya daxil olmağa cəhd edirlər.

“Bəzilərində bu, alınır. Amma şəhərin özündə düşmən məhv edilir və sağ qalmaq şansları yoxdur. Cəbhə xətti şəhərdən müəyyən məsafədə yerləşdiyi üçün bərabər döyüş toqquşmaları, təminat və mövqe saxlamaq imkanları barədə danışmaq mümkün deyil. Qarşıda Konstantinovka uğrunda döyüşlər var,” – deyə ukraynalı zabit yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin