ABŞ-lı ekspert: NATO Ukrayna ilə bağlı “odla oynadı və yandı”

Hazırda oxunan: ABŞ-lı ekspert: NATO Ukrayna ilə bağlı “odla oynadı və yandı”

57885

Amerikalı politoloq və Çikaqo Universitetinin professoru Con Merşeymer Rusiyanın təhlükəsizlik zəmanəti və NATO-nun şərqdə nüvə silahlarının yayılmaması tələblərini tamamilə başa düşülən hesab edir. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, bu fikri Almaniyanın “Die Welt” qəzetində bazar günü dərc olunan müsahibəsində bildirib.

"Mən tamamilə başa düşürəm, - ekspert bununla bağlı sualı cavablandıraraq deyib - Rusiya öz qapıları qarşısında qərb qalasının olmasını istəməzdi, bu, mövqedən tamamilə çıxış etməsi məntiqlidir. Mən başa düşmürəm ki, niyə Qərbdə bu qədər çox insan bu sadə həqiqəti dərk edə bilmir. ABŞ Monro Doktrinasına sahibdir. Bu doktrinada başqa heç bir dövlətin Qərb yarımkürəsindən olan bir ölkə ilə hərbi ittifaqa girə bilməyəcəyi və orada qoşun yerləşdirməyəcəyi açıq şəkildə ifadə edilir”.

"Rusiya tərəfində bu doktrinanın öz versiyası var və o, indi onu həyata keçirməyə çalışır. Hazırkı böhran (Ukrayna ətrafında) ABŞ və onun müttəfiqlərinin Ukraynanı NATO-ya daxil etmək barədə axmaq qərarının birbaşa nəticəsidir". Merşeymer bildirib.

Politoloq alyansa qoşulmağın Kiyevin suveren qərarı olması ilə bağlı iradlara cavab olaraq qeyd edib ki, yalnız Ukraynanın istəyi yetmir, çünki NATO ölkələri buna icazə verməlidir:

“Bundan başqa, Ukraynanın NATO-ya daxil olması axmaqlıq olardı. Əgər siz böyük dövlətlərin - ABŞ, Rusiya və ya Çinin yanında yaşayırsınızsa, xarici siyasətdə ağlınıza gələni edə bilməzsiniz, - Merşeymer hesab edir. - Sən öz təhlükəsizliyin üçün qonşunun şübhələrini nəzərə almalısan. Əgər qorillanı qəzəbləndirsən, o, sənə qarşı dəhşətli işlər görəcək. Ukraynanın Qərblə yaxınlaşması cəhdlərinin nəticəsi belə oldu ki, Ukrayna Krımı itirdi və Rusiya ilə müharibəyə girdi”.

"Qərb düşünə bilər ki, NATO heç kimi təhdid etmir, amma bizim nə düşündüyümüz önəmli deyil. Rusiya NATO-nu dost ittifaq hesab etmir", - politoloq bildirib. 

Onun fikrincə, vaxtilə Rusiya NATO-nun şərqə doğru irəliləməsinin qarşısını almaq üçün sadəcə olaraq çox zəif idi. 

“Lakin Rusiya rəhbərliyinin bunu normal saydığı anlamına gəlmir”, - Merşeymer vurğulayıb.

O, qeyd edib ki, Moskva Gürcüstan və Ukraynanı alyansa yaxınlaşdırmaq cəhdlərinə dözmədi, nəticədə NATO odla oynadı və yandı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin