Rusiya Azərbaycan ərazisi vasitəsilə Ermənistana yük daşıyacaq?

Hazırda oxunan: Rusiya Azərbaycan ərazisi vasitəsilə Ermənistana yük daşıyacaq?

578803

Rusiya Federasiyası regiondakı kommunikasiyaların açılmasından sonra Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yük daşımalarını həyata keçirə biləcək.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfinin bu yolla Ermənistana yük daşımalarını təmin edə bilməsi ilə bağlı müzakirələr davam edir.

Paşinyan əlavə edib ki, hazırda Ermənistan və ABŞ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolunun tikintisi barədə danışıqlar aparır.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycanın liderləri münaqişənin sülh yolu ilə tənzimlənməsinə dair birgə bəyannamə imzalayıblar. Sənəddə, digər məsələlərlə yanaşı, ABŞ-ın nəzarətində olacaq və Azərbaycanı Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirəcək “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi – red.) açılması da nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin