Türkiyə İsraillə diplomatik münasibətləri BƏRPA EDƏCƏK?

Hazırda oxunan: Türkiyə İsraillə diplomatik münasibətləri BƏRPA EDƏCƏK?

578787

Türkiyə hazırkı İsrail hökuməti – Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi administrasiya ilə təmasda olmağı düşünmür.

Bizim.Media xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat verib.

Qəzetin yazdığına görə, İsraildə yeni hökumət formalaşacağı təqdirdə, Türkiyə hakimiyyəti üçün əsas meyarlar həmin hökumətin ideologiyası və həyata keçirəcəyi siyasət olacaq.

“Hürriyet” bu fikirlərlə ABŞ-ın Ankaradakı səfiri və ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın “Türkiyə və İsrail bir-biri ilə müharibə aparmayacaq” bəyanatına cavab verib. Barrak həmçinin iki ölkə arasında Xəzərdən Aralıq dənizinədək olan bölgədə əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd etmişdi.

“Amerikalı nümayəndələr bildirirlər ki, Barrakın bəyanatı sadəcə faktın qeyd olunması deyil.

Onların fikrincə, Barrakın “Türkiyə və İsrail müharibə aparmayacaq” fikri Vaşinqtonun iki ölkə arasında toqquşmanın qarşısını almağa və gələcək illərdə Ankaranın yeni İsrail hökuməti ilə əlaqə yaratmasına çalışdığını göstərir.

Barrakın Xəzər dənizindən Aralıq dənizinədək olan region barədə dedikləri də təsadüfi deyil. Bu coğrafi xətt Azərbaycan, Türkiyə və İsrail arasında enerji və ticarət dəhlizinin yaradılması ideyasını ifadə edə bilər”, – deyə “Hürriyet”in köşə yazarı Hande Fırat yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin