Xəbər verdiyimiz kimi, İsrail prezidenti İçxak Hersoq tarixdə ilk dəfə BƏƏ-nin faktiki hökmdarı və Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə bu səhər Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. BƏƏ-də İsrail rəhbərinin Əl Nəhyan və Dubayın baş naziri, əmiri Məhəmməd bin Rəşid Əl Məktumla danışıqlar aparması da planlaşdırılır.
Bizim.Media xəbər verir ki, Hersoq BƏƏ-də qarşılanması barədə Tvitter hesabında paylaşım edib.
“Birləşmiş Ərəb Əmirliklərində səslənən İsrailin dövlət himni HaTikva xalqlar arasında sülhün sədasıdır”, deyə o, paylaşımında yazıb.
Israel's national anthem, HaTikvah, playing in the United Arab Emirates—that's what peace between nations sounds like. ???? pic.twitter.com/BRuYJjpODl
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) January 30, 2022
Bizim.Media