Əfqanıstanın şimalında baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər həlak olub, 320 nəfər isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına əsasən, zəlzələ nəticəsində bir çox evlər və tikililər dağlıb, bəzi yaşayış məntəqələrində xilasedicilər dağıntılar altında qalan insanları xilas etmək üçün axtarış işlərini davam etdirirlər.
Yaralıların bir qismi ağır vəziyyətdədir və xəstəxanalara yerləşdirilib.
Hazırda bölgədə fövqəladə xidmətlər və humanitar təşkilatlar təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərirlər.





Bizim.Media



























































































