Britaniyada fırtına: 16 min insan işıqsız qaldı

Hazırda oxunan: Britaniyada fırtına: 16 min insan işıqsız qaldı

57856

Böyük Britaniyanın şimalında Malik qasırğası səbəbindən təxminən 16 min insan işıqsız qalıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Northern Powergrid” şirkətinin operatoru yayıb.

“Bizim komandalarımız hələ də enerjisiz qalan 16,000 istehlakçının təchizatını bərpa etmək üçün yerlərdə çalışırlar”, - deyə operator Twitter-də bildirib.

Şirkət bu müştərilərin əksəriyyətinin elektrik enerjisinin bu gün bərpa olunacağını gözləyir.

Elektrik enerjisi çatışmazlığından əziyyət çəkən insanlara maddi dəstək və isti yemək verilir. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin