İlon Maskın atası Errol Mask bildirib ki, Qərb ölkələrində insanlara çox erkən yaşdan “rusların hücum etdiyi” fikri aşılanıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsində söz açıb.
“Mənim Rusiyaya münasibətim Britaniyada səsləndirilməməlidir. Bunu britaniyalı mətbuat yazıb. Çünki bir çox televiziya proqramları mənimlə əlaqə saxlayıb, fikirlərimi öyrənmək istəyirdilər. Mən də fikrimi bildirdim. Sonra isə mətbuat yazdı ki, mənim bu fikirləri bildirməyim düzgün deyil, çünki mən Rusiya prezidenti Vladimir Putini yaxşı lider hesab edirəm. Mən dedim ki, Putin yaxşı liderdir. Bundan sonra bildirdilər ki, belə bir fikrə malik adamı Britaniyada ciddi qəbul etməyəcəklər”, — deyə Errol Mask söyləyib.
O, bu münasibəti “sadəcə axmaqlıq” adlandırıb: “Anlamaq lazımdır ki, Qərbdə mənim kimi insanlara çox erkən yaşdan deyiblər ki, ruslar gəlir. Onlar gələcəklər, səni öldürəcəklər, hər şeyi dağıdacaqlar, sənin ananı, atanı və digərlərini qətlə yetirəcəklər. Biz bunları uşaqlıqdan eşitmişik. Əlbəttə, bu cəfəngiyatdır, mənasız söhbətdir. Məncə, sizdə də insanlara eyni şeyləri demişdilər.”
Errol Mask həmçinin Rusiyada Vadim Zadorojnı Texnika Muzeyini ziyarət etdiyini və orada Leonid Brejnevin istifadə etdiyi limuzini gördüyünü deyib:
“Brejnevin sürdüyü limuzində bir qutu var. Qutunun içində qırmızı düymə yerləşir. Həmin düyməni basanda avtomobilin tavanı qalxır, antenalar çıxır. Bu antenalar vasitəsilə o, Amerikaya və Avropaya qarşı qitələrarası ballistik raketlər buraxa bilərdi. Çünki sizə burada demişdilər ki, bunu etməlisiniz. Başqa tərəfdə isə bizə deyirdilər ki, rusiyalı “dəli adamlar” bunu edəcəklər, biz də hazır olmalıyıq. Rusiyadakı insanlara isə deyirdilər ki, “dəli adamlar” Avropada və ABŞ-da nəsə planlaşdırır”.
Bizim.Media





























































































