Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin hava hücumundan müdafiə imkanlarının yeni “Patriot” sistemləri ilə gücləndirildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.
“Ukrayna hava hücumundan müdafiə sistemindəki “Patriot” komponentini möhkəmləndirdik. Almaniyaya və şəxsən kansler Fridrix Mertsə bu ortaq addımımıza görə təşəkkür edirəm. Bir müddətdir bu gücləndirməyə hazırlaşırdıq və artıq razılaşmalar yerinə yetirilib. Hər kəsə təşəkkür edirəm!”, – Zelenski bildirib.
Prezidentin sözlərinə görə, Rusiya hava zərbələrini bu müharibədə əsas vasitəyə çevirib, çünki quruda öz məqsədlərinə çata bilmir:
“Putin üçün hava hücumları – bu müharibədə əsas ümiddir. O, dəlisov məqsədlərinə çata bilmədiyi üçün terrorla bunu kompensasiya etməyə çalışır. Buna görə də hava hücumundan müdafiəmizin hər güclənməsi bizi müharibənin sonuna bir addım daha yaxınlaşdırır. Rusiya nə qədər az zərbə endirə bilsə, bir o qədər çox müharibəni bitirmək motivasiyası olacaq.”
Zelenski qeyd edib ki, Ukrayna tərəfdaş ölkələrlə birlikdə etibarlı hava müdafiə sistemi qurmaq üzərində işləməyə davam edir:
“Bizim hava hücumundan müdafiə imkanlarımız yalnız Ukraynanın deyil, lazım gəldikdə tərəfdaşlarımızın da təhlükəsizliyini təmin edəcək. Çünki təhlükəsizliyimiz bölünməzdir, bizim müdafiəmiz hamımızı qorumalıdır.”
Dövlət başçısı əlavə edib ki, PVO sistemlərinin gücləndirilməsi ilə bağlı danışıqlar həm hökumətlər, həm də birbaşa istehsalçılar səviyyəsində davam edir: “Əminəm ki, bu istiqamətdə daha çox nəticələr olacaq.”
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:52 / 02.11.2025
SON DƏQİQƏ: Ukrayna Almaniyadan yeni “Patriot” sistemləri aldı
Hazırda oxunan: SON DƏQİQƏ: Ukrayna Almaniyadan yeni “Patriot” sistemləri aldı
Hazırda oxunan: SON DƏQİQƏ: Ukrayna Almaniyadan yeni “Patriot” sistemləri aldı
578515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































