İngiltərədə qatarda kütləvi bıçaqlanma: Yaralıların sayı 11-ə çatdı

Hazırda oxunan: İngiltərədə qatarda kütləvi bıçaqlanma: Yaralıların sayı 11-ə çatdı

578509

İngiltərədə qatarda baş verən bıçaqlanma hadisəsində 11 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın Kembricşir qraflığında qatarda baş verən kütləvi bıçaqlanma hadisəsi ilə bağlı, ümumilikdə, 11 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan iki nəfərin vəziyyəti həyati təhlükəlidir, dörd nəfər isə artıq evə buraxılıb.

Böyük Britaniya Nəqliyyat Polisi hadisə ilə bağlı Hantinqdon stansiyasında mətbuat konfransı keçirib. Bildirilib ki, hadisə barədə “qaynar xətt”ə zəng daxil olduqdan cəmi səkkiz dəqiqə sonra iki nəfər polis tərəfindən saxlanılıb. Onların 32 yaşlı qaradərili britaniyalı və 35 yaşlı Karib mənşəli britaniyalı kişi olduqları açıqlanıb.

Hər iki şəxs Böyük Britaniyada anadan olub və qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlanılıblar. Hadisənin terror aktı olduğuna dair heç bir dəlil yoxdur. İstintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin