İsraildə İrana casusluq edən gənc TUTULDU

Hazırda oxunan: İsraildə İrana casusluq edən gənc TUTULDU

578508

İsrail polisi və Şin Bet Tiberiya sakini, 23 yaşlı Yosef Ain Elini dövlət təhlükəsizliyi əleyhinə fəaliyyətlər və İran kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlayıb.

Bizim.Media xəbər verir ki, araşdırmalara əsasən, o, 2024-cü ilin sonlarından etibarən İran kəşfiyyat orqanları ilə təmasda olub və onların tapşırıqlarını yerinə yetirib.

İstintaqda müəyyən edilib ki, şübhəli şəxs Ölü dəniz bölgəsində işlədiyi oteldən istifadə edərək əraziyə dair foto və məlumatları iranlı əlaqələrinə ötürüb.
 

Şin Bet bildirir ki, Yosef İran tərəfindən daha geniş təxribat tapşırıqları almaq üçün istiqamətləndirilib. Bu tapşırıqlara təhlükəsizlik naziri barədə məlumat toplamaq, “xüsusi qrup” yaratmaq, yaşayış binasına qumbara atmaq, hərbçilər və hərbi bazalar haqqında məlumat əldə etmək, eləcə də avtomobilləri yandırmaq kimi planlar daxil olub.


Məlumata görə, Yosef bu fəaliyyətlər qarşılığında rəqəmsal ödəniş sistemləri vasitəsilə əldə edilən vəsaitləri qəbul edib. (Snn.ir)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin