12 yaşlı oğlan atasını öldürdü

Hazırda oxunan: 12 yaşlı oğlan atasını öldürdü

578507

Bu gün Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində ailə münaqişəsi faciə ilə nəticələnib.

Bizim.Media xəbər verir ki, şəhərin Polis İdarəsinin rəisi Nemət Məhəmmədzadənin məlumatına görə, 12 yaşlı oğlan atasını bıçaqlayaraq öldürüb.

Hadisə evdə oyun zamanı baş verib. Bildirilir ki, uşağın oyunda vurduğu top anasına dəyib və bu səbəbdən ata ilə oğul arasında mübahisə yaranıb.

Mübahisə qısamüddətli qarşıdurmaya çevrilib və yeniyetmə atasını sinəsindən bıçaqlayıb. Aldığı xəsarət nəticəsində ata hadisə yerindəcə həyatını itirib.

İnsidentlə ilə bağlı 12 yaşlı uşaq saxlanılıb və istintaq üçün məhkəmə orqanlarına təhvil verilib. Araşdırma davam etdirilir. (Borna News)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin