Meksikanın Uruapan şəhərinin meri Karlos Manso silahlı hücum nəticəsində öldürülüb.
Bizim Media bu barədə "El Pais" nəşrinə istinadən xəbər verir.
Silahlı hücum ittihamı ilə iki nəfər saxlanılıb, daha bir hücum edən şəxs isə öldürülüb.
Bildirilir ki, hücum şəhər meydanında baş verib. Qətl günü 40 yaşlı Manso Uruapanın ən vacib bayramlarından biri hesab edilən Şam festivalında çıxış edib.
Qısa müddət ərzində beş dəfə atəş açılıb. O, aldığı yaralardan xəstəxanada ölüb.
Şəhər merinin Meksikanın ən yeni və ən sürətlə böyüyən cinayətkar qruplarından biri olan "Xalisko yeni nəsil" karteli (CJNG) ilə mübarizəyə xüsusi diqqət yetirdiyi vurğulanır.
Bizim Media


























































































