Zelenski: “Rusiya bu həftə Ukraynaya 1500-ə yaxın dron atıb”

Hazırda oxunan: Zelenski: “Rusiya bu həftə Ukraynaya 1500-ə yaxın dron atıb”

578477

Rusiya demək olar ki, hər gecə Ukraynaya müxtəlif növ silahlarla zərbələr endirir.

Cəmi bir həftə ərzində yaşayış binalarını və enerji infrastrukturunu hədəf alan mindən çox kamikadze dron, yüzlərlə hava bombası və onlarla raket qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Odessaya dron hücumu - 2 ölü, 2 yaralı var - FOTO


Bizim Media  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında məlumat verib.

"Dünən gecədən etibarən Dnepr, Zaporojya, Xarkov, Çerniqov və Odessaya zərbələr endirilir.

Təəssüf ki, həlak olanlar və yaralananlar var. Bu hücumlarda həlak olanların hamısına yaxınlarına başsağlığı verirəm",- deyə Zelenski əlavə edib.
 

Prezident qeyd edib ki, Rusiya təkcə bu həftə Ukraynada insanlara zərbələr endirmək üçün 1500-ə yaxın dron, 1170 idarə olunan hava bombası və 70-dən çox müxtəlif tipli raketdən istifadə edib.


Yaşayış binalarına və mülki infrastruktura zərbələr, enerji sektorunda çoxsaylı terror aktları qeydə alınıb.

Zelenski vurğulayıb ki, Moskva ilk növbədə xalqımıza zərər vermək istəyir:

"Buna görə də biz qışda enerji sektorumuza etibarlı dəstəyi təmin etmək üçün fəal işləyirik. Artıq tərəfdaşlarımızla konkret razılaşmalarımız var.

ABŞ, Norveç, Almaniya, Niderland, Kanada, Böyük Britaniya, İtaliya, Yaponiya, Litva, Danimarka, İsveç, Estoniya, İspaniya və Avropa Komissiyası artıq enerji dəstəyi fonduna verdiyi töhfələrlə bizi dəstəkləyir”.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin