İtkin düşən alpinistlərin cəsədləri tapıldı

Hazırda oxunan: İtkin düşən alpinistlərin cəsədləri tapıldı

578476

İtaliyanın Cənubi Tirol bölgəsində, Alp dağlarının Ortler yüksəkliyində baş verən qar uçqunu nəticəsində itkin düşən iki alpinistin cəsədi tapılaraq çıxarılıb.

Bizim Media  xəbər verir ki, əlverişsiz hava şəraitinə baxmayaraq, xilasedicilər ötən gündən bəri Ortler dağ silsiləsində itkin düşmüş alpinistlərin axtarışlarını davam etdirib.
 

Axtarış-xilasetmə əməliyyatına helikopter, mülki müdafiə qüvvələri və həssas itlər cəlb olunub. Nəticədə ata və onun 17 yaşlı qızının cəsədləri tapılaraq çıxarılıb.


Qeyd edək ki, qar uçqunu nəticəsində ümumilikdə beş alman əsilli alpinist həlak olub.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin