Rusiya tərəfdə Ukraynada döyüşmüş iki Şimali Koreya hərbi əsiri sənədli film üçün müsahibə zamanı özlərinin Cənubi Koreyaya təhvil verilməsini istəyiblər.
Bizim Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Söhbət oktyabrın 28-də Kiyevdə lentə alınıb.
Məlumata görə, əsirlərdən biri hələ fevral ayında onu ziyarət edən Cənubi Koreya parlament üzvünə ölkədə daimi məskunlaşmaq arzusunda olduğunu bildirib.
Cənubi Koreya kəşfiyyatının məlumatına əsasən, Şimali Koreya əsgərlərinə əsir düşməmək üçün intihar əmri verilir.
Xüsusən yaralanma halında onlar qumbaralarla özlərini partlatmaq göstərişi alırlar.
Kəşfiyyat bildirir ki, 2024-cü ildə təxminən 10 min Şimali Koreya hərbçisi Ukraynada döyüşmək üçün göndərilib, onların təxminən 2 mini həlak olub.


Bizim Media


























































































