Odessaya dron hücumu - 2 ölü, 2 yaralı var - FOTO

Hazırda oxunan: Odessaya dron hücumu - 2 ölü, 2 yaralı var - FOTO

578461

Noyabrın 2-nə keçən gecə Rusiya hərbi qüvvələri pilotsuz uçuş aparatlarından istifadə etməklə yenidən Odessa vilayətinə hücum edib.

Bizim Media  xəbər verir ki, Odessa vilayət Hərbi Admistrasiyasının açıqlamasına görə, intensiv hava hücumundan müdafiə əməliyyatlarına baxmayaraq, mülki infrastruktura ziyan dəyib.

“Dronların dağıntıları mülki infrastruktura ziyan vurub.
 

Hücum nəticəsində yük maşınının dayanacağında yanğın baş verib və nəticədə beş yük maşını məhv olub.


Xilasedicilər tez bir zamanda yanğını söndürüblər. Ancaq tələfat var.

İlkin məlumata görə, 2 nəfər ölüb, iki nəfər yaralanıb”,- deyə məlumatda bildirilir.

Onlardan biri xəstəxanaya yerləşdirilib və vəziyyəti orta ağırdır.











Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin