Tramp tanınmış teleaparıcını təhqir etdi: “Ən istedadsız insandır”

Hazırda oxunan: Tramp tanınmış teleaparıcını təhqir etdi: “Ən istedadsız insandır”

578454

ABŞ Prezidenti Donald Tramp teleaparıcı Set Meyersi təhqir edib.

Bizim.Media xəbər verir ki, Ağ Evin sahibi “Truth Social” səhifəsində onun ünvanına sərt fikirlər səsləndirib.

ABŞ lideri Meyersin yəqin ki, “tarixdə televiziyada işləmək üçün ən istedadsız insan” olduğunu deyib.
 

“Mən ötən gecə onun şousuna illərdən sonra ilk dəfə baxdım. Heç bir istedad, reytinq yoxdur, tamamilə Trampın əleyhinədir”, o qeyd edib.


Xatırladaq ki, amerikalı teleaparıcı Set Meyers NBC kanalında çalışır.

O, “Late Night with Seth Meyers” adlı gecə şousunun aparıcısıdır. Bu veriliş 2014-cü ildən etibarən NBC-də yayımlanır və ABŞ-da məşhur “Late Night” proqram seriyasının davamıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin