Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar TƏLƏB EDİB

Hazırda oxunan: Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar TƏLƏB EDİB

578386

Kiyev, Rusiyanın Ukraynanın atom elektrik stansiyalarının sabit xarici enerji təchizatından asılı olan yarımstansiyalarına endirdiyi yeni məqsədyönlü hücumları qəti şəkildə pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd edilib ki, mülki enerji obyektlərinə zərbələr, nüvə qurğularının təhlükəsiz istismarına birbaşa təsir göstərdiyi üçün beynəlxalq humanitar hüququn fərqləndirmə və proporsionallıq prinsiplərini pozur.

Ukrayna beynəlxalq tərəfdaşlarını Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa, xüsusilə “Rosatom” və onunla əlaqəli strukturlara qarşı məhdudiyyətləri genişləndirməyə, həmçinin onlarla mülki nüvə sahəsində hər cür əməkdaşlığı tamamilə dayandırmağa çağırıb.

Qeyd edək ki daha əvvəl MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) bəyan etmişdi ki, Rusiyanın hərbi əməliyyatları nəticəsində Ukraynanın nüvə təhlükəsizliyi üçün vacib olan yarımstansiyalar zədələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin