Almaniyada DRON XAOSU – Berlin hava limanının fəaliyyəti DAYANDIRILDI

Hazırda oxunan: Almaniyada DRON XAOSU – Berlin hava limanının fəaliyyəti DAYANDIRILDI

578320

Oktyabrın 30-u gecə saatlarında Berlin-Brandenburg (BER) beynəlxalq hava limanının fəaliyyəti naməlum pilotsuz uçuş aparatı (PUA) səbəbindən müvəqqəti dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
 

Hadisə nəticəsində bir çox aviareyslər digər hava limanlarına yönləndirilib, həmçinin uçuş və enişlərdə gecikmələr qeydə alınıb.


Brandenburg polisinin nümayəndəsinin bildirdiyinə görə, naməlum PUA şahidlər və patrul heyəti tərəfindən müşahidə edilib.

Lakin dronun dəqiq yerini müəyyən etmək mümkün olmayıb.
 

Qeyd edək ki, son aylarda dron uçuşları Almaniya ərazisindəki mülki obyektlərin fəaliyyətinə bir neçə dəfə maneə yaradıb.


Oktyabrın 18-də də oxşar hadisə səbəbindən Münhen hava limanının fəaliyyəti müvəqqəti dayandırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin