Maduro ABŞ-la müharibə hazırlıqlarına BAŞLADI

Hazırda oxunan: Maduro ABŞ-la müharibə hazırlıqlarına BAŞLADI

578314

Venesuela prezidenti Nikolas Maduro Rusiyadan Karakasa hərbi təyyarələr, radarlar və raketlər alınması ilə bağlı danışıqlar aparıb.

Bizim.Media "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, Maduro ölkəsinin hərbi imkanlarını gücləndirmək istəyir.
 

Qeyd edək ki, daha əvvəl Maduro ABŞ-ın ölkəsinə qarşı müharibəyə başlamağa çalışdığını bildirmişdi.

 

ABŞ prezidenti Donald Tramp da öz növbəsində Venesuelanı ABŞ-ın düşməni elan edib və onun neftini alan ölkələrə sanksiyalar tətbiq edir.
 

Amerika lideri ABŞ-ın Venesueladan "milyardlarla dollar dəyərində neft" aldığına görə məhz keçmiş prezidenti Co Baydeni qınayıb.


Xatırladaq ki, ötən həftə ABŞ Venesuela yaxınlığındakı beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin