Ukraynalı taroloq Yuliya Levçenko Ukraynanın daha üç bölgəsinin itiriləcəyini proqnozlaşdırması qalmaqala səbəb oldu.
Bizim.Media Ukraynanın Strana.ua nəşrinə istinadən xəbər verir ki, falçı Ukraynanın daha üç bölgəsini - Xarkov, Odessa və Nikolayevi itirəcəyini proqnozlaşdırıb.
Onun sözlərinə görə, həmin bölgələr Rusiyanın bir hissəsi olacaq.
Bu açıqlama Ukrayna sosial mediasında qəzəbə səbəb olub və Levçenkoya qarşı cinayət işi açılmalı olduğunu bildiriblər.
Qeyd edək ki, xəyanət şübhəsi ilə məhkəməyəqədər həbsdə olan Rada deputatı Aleksandr Dubinski də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ukraynanın bölünməsi məsələsini müzakirə etməyə davam etdiklərini bildirib.
Bizim.Media































































































