Rusiyanın Orenburq vilayətinin Buzuluksk rayonunun sakini özünü Almaniyadan olan hərbçi kimi təqdim edən şəxslə danışdıqdan sonra 1,2 milyon rubl itirib.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin regional idarəsi yayıb.
İdarədən verilən məlumata görə, qadın dələduzla ötən ilin yayından bu ilin yanvarına kimi əlaqə saxlayıb.
Həmin şəxs NATO Silahlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etdiyini və qadınla yaşamaq üçün Rusiyaya gəlməyə hazır olduğunu, lakin bunun üçün ona pul lazım olduğunu iddia edib.
“Sentyabrdan yanvar ayına kimi qadın Buzuluksk rayonunun müxtəlif kredit təşkilatlarından ümumilikdə 1 milyon 186 min 100 rublu “general”ın hesabına köçürüb, lakin onun gəlişini gözləmədən başa düşüb ki, fırıldaqçının qurbanı olub və polisə müraciət edib”, - nazirlikdən bildirilib.
Oğurlanmış pulun ümumi məbləği 1 186 100 rubl təşkil edir.
Faktla bağlı “Dələduzluq” maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media