Mali dünyada “Əl-Qaidə”nin nəzarəti altında idarə olunan ilk ölkə ola bilər - KİV

Hazırda oxunan: Mali dünyada “Əl-Qaidə”nin nəzarəti altında idarə olunan ilk ölkə ola bilər - KİV

578104

Mali dünyada “Əl-Qaidə”nin nəzarəti altında idarə olunan ilk ölkə ola bilər.

“The Wall Street Journal”ın məlumatına görə, “Əl-Qaidə” ilə əlaqəli silahlı qruplar Mali paytaxtı Bamakonun ələ keçirilməsinə çox yaxınlaşıblar.

Şəhərin süqutu halında Mali, ABŞ tərəfindən terror təşkilatı kimi tanınan bir qurumun idarə etdiyi ilk dövlətə çevrilə bilər.
 

“Camaat Nusrət əl-İslam vəl-Müslimin” (JNIM) adlı qrupun ekstremistləri yanacaq və ərzaq tədarükünü bloklayaraq çatışmazlığa və qiymət artımına səbəb olublar.


Bamakoda yanacağın qiyməti üç dəfə bahalaşıb, məktəblər və universitetlər bağlanıb.

ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb və səfirliyin qismən təxliyəsinə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin