Şeremetyevo hava limanında içi pulla dolu çamadan ələ keçirildi – Azərbaycan manatı da olub - VİDEO

Hazırda oxunan: Şeremetyevo hava limanında içi pulla dolu çamadan ələ keçirildi – Azərbaycan manatı da olub - VİDEO

578028

Rusiyanın Şeremetyevo beynəlxalq hava limanında müxtəlif ölkələrin valyutası ilə dolu çamadan daşıyan bir nəfər gömrükçülərdən qaçmağa cəhd edib.

Bizim.Media xəbər verir ki, bu barədə NEWS.ru Rusiya Federal Gömrük Xidmətinə (FGX) istinadən məlumat yayıb.

Mənbə qeyd edir ki, pullar İstanbuldan Kazana tranzit reysi ilə uçan sərnişinin baqajının skan edilməsi zamanı aşkar olunub.

Yoxlama zamanı skaner ekranında pul dəstələri görünüb. Çamadanın sahibinin şəxsiyyəti müəyyənləşdirildikdən sonra o, reysdən endirilib. Gömrük nəzarəti zonasında sərnişin baqajının içindəkiləri göstərməkdən imtina edib və qaçmağa cəhd göstərib, lakin dərhal saxlanılıb.

Pulların ümumi məbləği 110 634 ABŞ dollar olub. Aşkarlanmış valyutalar arasında Türkiyə lirəsi, Azərbaycan manatı, Braziliya realı, Danimarka kronu, Hindistan rupisi, Rumıniya leyi və Serbiya dinarı da var.

Hazırda Rusiya Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 2-ci bəndi (xüsusilə iri miqdarda nağd valyutanın qaçaqmalçılığı) üzrə cinayət işi açılması məsələsi araşdırılır. Bu maddə dörd ilədək azadlığın məhdudlaşdırılmasını və ya qaçaqmalçılıq məbləğinin 10–15 misli qədər cərimə nəzərdə tutur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin