Türkiyə Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri Komandanlığının operativ ehtiyaclarını qarşılamaq məqsədilə “Eurofighter Typhoon” qırıcılarının alınması prosesi çərçivəsində işlərin davam etdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat katibi Zəki Aktürk məlumat verib.
“2025-ci il oktyabrın 27-də Böyük Britaniya hökuməti ilə Hərbi Hava Qüvvələrinin operativ ehtiyaclarını qarşılamaq məqsədilə yeni seriyalı “Eurofighter Typhoon” təyyarələrinin, avadanlıqların və müxtəlif sursatların tədarükünə dair müqavilə imzalanıb.
Layihənin dəyəri - 20 yeni seriyalı “Eurofighter Typhoon” təyyarəsinin, onların döyüş avadanlıqlarının və müxtəlif tipdə sursatların alınmasını da nəzərə alaraq təxminən 5,4 milyard funt sterlinq təşkil edir”, — deyə kontr-admiral bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:12 / 30.10.2025
Türkiyə Britaniyadan alınan “Eurofighter” qırıcılarının dəyərini açıqladı
Hazırda oxunan: Türkiyə Britaniyadan alınan “Eurofighter” qırıcılarının dəyərini açıqladı
Hazırda oxunan: Türkiyə Britaniyadan alınan “Eurofighter” qırıcılarının dəyərini açıqladı
578017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































