Cari ilin üçüncü rübündə Gürcüstanı 3 milyon turist ziyarət edib. Ölkənin turizmdən gəlirləri 6,2 milyard lari olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Milli Statistika Xidməti yayıb.
Məlumata görə, 2025-ci ilin üçüncü rübündə ölkəyə gələn beynəlxalq ziyarətçilərin sayı 2,5 milyon nəfər olub, bu da 2024-cü ilin analoji göstəricisindən 6,8 faiz çoxdur. Onlardan 2,2 milyonu turist kimi qeydə alınıb və bu rəqəm illik müqayisədə 7,6 faiz çoxdur. Ümumilikdə, 2 milyon turist xarakterli səfər həyata keçirilib ki, bu da illik müqayisədə 9 faiz çoxdur.
2025-ci ilin üçüncü rübündə Gürcüstana səfər edənlər içərisində ruslar çoxluq təşkil ediblər.
Hesabat dövrü ərzində beynəlxalq ziyarətçilərin Gürcüstanda xərcləri 6,2 milyard lariyə çatıb. Bu da illik müqayisədə 8.6 faiz çoxdur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:57 / 30.10.2025
Gürcüstanın 9 ayda turizmdən gəlirləri 6 milyard laridən çox olub
Hazırda oxunan: Gürcüstanın 9 ayda turizmdən gəlirləri 6 milyard laridən çox olub
Hazırda oxunan: Gürcüstanın 9 ayda turizmdən gəlirləri 6 milyard laridən çox olub
578005
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































