Türkiyədə bina çöküntüsündə əməliyyat başa çatdı: Daha 2 nəfərin cəsədi tapıldı

Hazırda oxunan: Türkiyədə bina çöküntüsündə əməliyyat başa çatdı: Daha 2 nəfərin cəsədi tapıldı

577992

Kocaelinin Gebze rayonunda (Türkiyə) yeddimərtəbəli yaşayış binasının çökməsi yerində xilasetmə əməliyyatı başa çatıb.

Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin müavini Mehmet Aktaş jurnalistlərə gecə daha iki nəfərin cəsədinin tapıldığını bildirib.

"Gecə yarısı Bilir ailəsinin valideynləri, Levent və Eminenin cəsədləri çıxarılıb. Axtarış və xilasetmə əməliyyatı başa çatıb, dağıntılar altında başqa insan yoxdur. Bilir ailəsinin beş üzvündən dördü həlak olub, 18 yaşlı Dilara Bilir xilas edilib", - deyə Aktaş bildirib.

Yeri gəlmişkən, ehtiyat tədbiri olaraq, yaxınlıqdakı 12 binanın sakinləri təxliyə edilib.
Xatırlaadq ki, uçan bina 2012-ci ildə inşa edilib. İlk iki mərtəbəni aptek tuturdu. Binada iki ailə yaşayıb, bir ailə çökmə zamanı binada olmayıb. Hadisənin səbəbi hələ məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin