Rusiyada azərbaycanlı iş adamının meyiti meşədə tapıldı - FOTO

Hazırda oxunan: Rusiyada azərbaycanlı iş adamının meyiti meşədə tapıldı - FOTO

577983

Oktyabrın 30-da Rusiya Federasiyasının Sverdlovsk vilayətində 49 yaşlı azərbaycanlı iş adamı İlqar Xanadanovun meyiti tapılıb. O, oktyabrın 24-dən itkin düşmüşdü.

Bizim.Media xəbər verir ki, bu barədə E1.RU portalı məlumat yayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq orqanları qəsdən qətl versiyasını araşdırır. İş adamının həyat yoldaşının sözlərinə görə, meyit Azərbaycana gətiriləcək və dəfn burada baş tutacaq.

Qadının dediyinə görə, ərinə itkin düşməzdən az əvvəl kimsə zəng edib və İlqar həmin şəxslə gərgin tonda danışıb. Hadisə zamanı yanında olan dostları oradan uzaqlaşıb, İlqar tək qalıb və bundan sonra onunla əlaqə kəsilib.

Ertəsi gün meşəlik ərazidə qan izləri olan “Mercedes” markalı avtomobili tapılıb.

Həyat yoldaşı bildirib ki, İlqarın heç kimlə münaqişəsi olmayıb, o, biznesi də heç kimlə bölüşmürdü.

Xanadanov kabab və hot-doq satışı ilə məşğul olan iaşə məntəqəsinin sahibi idi.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin