Ən çox Nobel mükafatı laureatına malik ÖLKƏLƏR - FOTO

Hazırda oxunan: Ən çox Nobel mükafatı laureatına malik ÖLKƏLƏR - FOTO

577945

Nobel mükafatı bəşəriyyətin inkişafına töhfə vermiş görkəmli şəxslərin xidmətlərini tanıyan, dünyanın ən nüfuzlu mükafatlarından biridir.

Bizim.Media xəbər verir ki, 1901-ci ildə təsis edilən bu mükafat ədəbiyyat, kimya, tibb və iqtisadiyyat da daxil olmaqla bir neçə kateqoriyada təqdim olunur.

Aşağıdakı infroqrafikada 2025-ci ilə olan məlumata əsasən ən çox Nobel mükafatı qazanan ölkələr sıralanıb. Reytinq innovasiyaların, elmi və sosial tərəqqinin əsas ocaqlarını müəyyənləşdirir. Vizualizasiya üçün məlumatlar “Vikipediya”nın “Ölkələr üzrə Nobel laureatlarının siyahısı”ndan götürülüb və milli mənsubiyyətə görə verilmiş ümumi mükafat sayını əhatə edir.

Dörd yüz iyirmi səkkiz Nobel mükafatı və ya ümumi sayın 34 faizi ABŞ vətəndaşlarına nəsib olub. Bu göstəriciyə görə amerikalılar böyük fərqlə lider mövqedədir. Martin Lüter Kinq və Ernest Heminquey kimi görkəmli şəxsiyyətlər ABŞ-ı sülh və ədəbiyyat üzrə mükafat kateqoriyalarında təmsil edirlər, saysız-hesabsız alimlər isə müasir tibb və fizikanın formalaşmasına töhfə veriblər.

Nobel mükafatı laureatlarının sayına görə ilk onluğa daxil olan digər ölkələr bunlardır: Böyük Britaniya (145), Almaniya (116), Fransa (79), İsveç (34), Yaponiya (33), Rusiya (30), Kanada (29), İsveçrə (27) və Avstriya (25).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin