Altay tankı Türkiyə Silahlı Qüvvələrinin sərəncamına verildi - FOTO/VİDEO

Hazırda oxunan: Altay tankı Türkiyə Silahlı Qüvvələrinin sərəncamına verildi - FOTO/VİDEO

577680

Bu gün Türkiyənin müdafiə sənayesi üçün əlamətdar gündür. “Altay” tankı rəsmi şəkildə Silahlı Qüvvələrin səərncamına verilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı SavunmaSanayiST.com saytı sosial şəbəkə platformasında paylaşıb.

“63 min kvadratmetr qapalı sahəyə malik seriyalı istehsal xəttimizdə hər ay səkkiz ədəd ALTAY tankı və on ədəd ALTUĞ zirehli texnikası istehsal olunacaq. Digər müdafiə məhsullarımızda olduğu kimi, ALTAY layihəsində də əsas məqsədimiz kimsədən asılı olmamaqdır, xüsusilə də kritik təchizat məsələlərində”, — deyə Türkiyə Prezidenti bildirib.

Milli müdafiə naziri Yaşar Güler qeyd edib: “Altay bizim döyüş gücümüzü daha da artıracaq.”

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün isə deyib: “Bir çox sahələrdə, o cümlədən zireh sistemlərinin istehsalında əvvəllər nümayiş etdirilməmiş imkanlara sahib olduq. Eyni zamanda, Altay tankı AKKOR aktiv müdafiə sistemi və atəş idarəetmə sistemi kimi yüksək texnologiyalı məhsullarla təchiz olunub və bu sistemlər texnoloji səviyyəsinə görə dünya analoqları ilə rəqabət apara bilər. Hazırda 800 mühəndis, 1250 işçi və 96 podratçının daxil olduğu nəhəng komanda yeni Altay üzərində çalışır. Bu layihə üçün 17 milyon 500 min mühəndislik saatı, 35 min km² sınaq və 3700 atəş testi planlaşdırılıb. Bizim Altay tankı 2 illik zəmanət və 6 illik logistik dəstək ilə uzunmüddətli etibarlı xidmətə təminat verir.”






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin