Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli məsələsini Qərb liderləri ilə müzakirə edir. Bu mövzu həmçinin Almaniya kansleri Fridrix Merts ilə oktyabrın sonunda Ankarada keçiriləcək görüşdə də qaldırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “RIA Novosti”yə Türkiyə prezident administrasiyasından məlumat verilib.
Diplomatik mənbənin sözlərinə görə, Almaniya kansleri Fridrix Merts Türkiyəyə 30 oktyabr tarixində edəcəyi səfər zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların bərpasına dair Türkiyə tərəfinin təşəbbüsləri ilə tanış olacaq.
“Münaqişənin həlli məsələsi Türkiyənin xarici siyasət gündəminin əsas istiqamətlərindən biridir. Prezident Rəcəb Tayyib Ərdoğan bu mövzunu daim nəzarətdə saxlayır və Qərb liderləri ilə danışıqlarda gündəmə gətirir. Bazar ertəsi bu məsələ Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşdə müzakirə olunub. Bildiyiniz kimi, Almaniya kansleri Fridrix Mertsin səfəri gözlənilir və bu mövzu, şübhəsiz, müzakirə olunacaq,” – deyə mənbə qeyd edib.
Xatırladaq ki, Rusiya və Ukrayna İstanbulda üç raund birbaşa danışıqlar aparıblar. Bu danışıqların nəticəsində əsir mübadiləsi həyata keçirilib.
Bundan əlavə, Rusiya Ukrayna tərəfinə həlak olmuş ukraynalı hərbçilərin cəsədlərini təhvil verib. Tərəflər, həmçinin, münaqişənin həllinə dair memorandum layihələrini qarşılıqlı şəkildə təqdim ediblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:49 / 28.10.2025
Ərdoğan Ukrayna məsələsini Qərb liderləri ilə müzakirə edir – Merts də Ankaraya gələcək
Hazırda oxunan: Ərdoğan Ukrayna məsələsini Qərb liderləri ilə müzakirə edir – Merts də Ankaraya gələcək
Hazırda oxunan: Ərdoğan Ukrayna məsələsini Qərb liderləri ilə müzakirə edir – Merts də Ankaraya gələcək
577592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































