Türkiyədəki zəlzələdə üç bina UÇUB – Yaralananlar var – VİDEO

Hazırda oxunan: Türkiyədəki zəlzələdə üç bina UÇUB – Yaralananlar var – VİDEO

577564

Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, zəlzələ nəticəsində üç bina və bir mağaza uçub.

Təbii fəlakət səbəbindən 22 nəfər xəsarət alıb.

Kandilli Rəsədxanasının məlumatına görə, Türkiyə saatı ilə 22:48-də baş vermiş zəlzələdən sonra 28 oktyabr saat 3:38-ə olan məlumata əsasən, 102 təkrar təkan yaşanıb.

Onlardan ən güclüsü 4,3 maqnitudada olub. Son qeydə alınan yeraltı təkanın maqnitudası isə 3,5 olub.

Qeyd edək ki, Balıkesirdə baş verən zəlzələ İzmir, İstanbul və digər qonşu vilayətlərdə də hiss olunub.

<iframe width="640" height="360" src="//player.bizim.media/?v=48232" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen seamless></iframe>


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin