İndiyədək 661 ukraynalı uşaq həlak olub - 2200-dən çoxu yaralanıb

Hazırda oxunan: İndiyədək 661 ukraynalı uşaq həlak olub - 2200-dən çoxu yaralanıb

577562

Tammiqyaslı müharibə başlayandan bəri Rusiya tərəfinin zərbələri nəticəsində 661 ukraynalı uşaq həlak olub, 2203 uşaq isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Ruslan Kravçenko özünün “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, müharibənin 1342-ci günü prokurorlar bu cinayətlər üzrə 5363 cinayət işini araşdırırlar. Bu müddət ərzində 4500-dən çox məktəb, uşaq bağçası və 1294 xəstəxana dağıdılıb və ya zədələnib, 19 mindən çox ukraynalı uşaq oğurlanıb və deportasiya olunub, azı 23 uşaqla bağlı seksual zorakılıq hadisəsi qeydə alınıb.

R.Kravçenko vurğulayıb ki, “hər bir iş terror siyasətinin məqsədyönlü xarakterini, ukraynalıları millət kimi məhv etməyə yönəlmiş cəhdi sübut edir”.

Baş prokuror qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1261 saylı qətnaməsi müharibə dövründə uşaqlara qarşı altı ağır cinayəti müəyyən edir və bu altı cinayətin “hamısını Rusiya hər gün Ukraynada, dünyanın gözü qarşısında törədir”.

O əlavə edib ki, Ukrayna prokurorları hüquq-mühafizə orqanları və beynəlxalq tərəfdaşlarla birlikdə hər bir faktı araşdırır. “Bu cinayətlərə görə məsuliyyətin müddəti yoxdur”, - deyə o qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin