Türkiyə Britaniya ilə 20 ədəd qırıcı tədarükünə dair müqavilə imzaladı - VİDEO

Hazırda oxunan: Türkiyə Britaniya ilə 20 ədəd qırıcı tədarükünə dair müqavilə imzaladı - VİDEO

577526

Böyük Britaniya Türkiyə ilə 8 milyard funt sterlinq (təxminən 10,7 milyard dollar) dəyərində 20 ədəd “Eurofighter Typhoon” təyyarəsinin tədarükü barədə müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, ilk təyyarələrin Türkiyəyə çatdırılması 2030-cu ilədək  gözlənilir.

Türkiyə ümumilikdə 44 ədəd “Eurofighter Typhoon” qırıcısı alacaq. Böyük Britaniya 2030-cu ilə qədər 20 təyyarə tədarük edəcək.

Daha 12 ədəd təyyarə Qətərdən və 12 ədəd də Omandan alınacaq.

Böyük Britaniya hökumətinin məlumatına görə, bu saziş növbəti on il ərzində ölkədə 20 minədək yeni iş yeri yaradacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin