“Bizim komandadan ayrılmasından sonra yaranan münaqişəyə baxmayaraq, milyarder İlon Maskla yaxşı münasibətləri qoruyub saxlayıram”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaponiyaya uçarkən təyyarədə jurnalistlərə bildirib.
“İlonla hər şey qaydasındadır. Ondan xoşum gəlir, həmişə də xoşuma gəlib. O yaxşı və çox istedadlı bir insandır”, deyə o, əlavə edib.
Prezidentin sözlərinə görə, o, zaman-zaman Maskla əlaqə saxlayır.
Tramp, həmçinin milyarderin öz həyatında “çətin dövr” keçirdiyini də qeyd edib.
Bizim.Media
































































































