ABŞ helikopteri və qırıcı təyyarəsi qəzaya uğradı

Hazırda oxunan: ABŞ helikopteri və qırıcı təyyarəsi qəzaya uğradı

577370

Sakit okean üzərində, Cənubi Çin dənizindəABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus helikopter və qırıcı təyyarə qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Sakit okean donanması X-də yayıb.
 

“26 oktyabr tarixində, yerli vaxtla təxminən saat 14:45-də ABŞ HDQ-yə məxsus MH-60R Sea Hawk helikopteri USS Nimitz aviadaşıyıcısının göyərtəsindən planlı əməliyyatlar zamanı Cənubi Çin dənizinin sularına düşüb. Bu hadisədən sonra, saat 15:15-də F/A-18F Super Hornet qırıcısı da qəzaya uğrayıb,” – deyə açıqlamada bildirilir.


Helikopterin və qırıcının ekipaj üzvləri uğurla katapult olunublar.

“Hadisəyə cəlb olunan bütün şəxslər təhlükəsiz və sabit vəziyyətdədirlər,” – deyə məlumatda vurğulanır.

Hazırda hadisənin səbəbləri ilə bağlı istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin