Rusiyadan daha bir SƏRT ADDIM – Miqrantları işə götürən şirkətlər HƏDƏF ALINDI

Hazırda oxunan: Rusiyadan daha bir SƏRT ADDIM – Miqrantları işə götürən şirkətlər HƏDƏF ALINDI

577369

Rusiyada bu ilin ilk yarısında məhkəmələr tərəfindən miqrantların qanunsuz əmək fəaliyyətinə cəlb olunmasına, onların ticarət obyektlərində işə götürülməsi qaydalarının və bəzi fəaliyyət növlərinə qoyulan məhdudiyyətlərin pozulmasına görə şirkətlərə 1,6 milyard rubldan (təxminən 20 milyon dollar) artıq cərimə tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Rusiya Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin statistikasına istinadən məlumat yayıb. 

Bildirilib ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Yanvar–iyun aylarında İnzibati Xətalar Məcəlləsinin 18.15, 18.16 və 18.17-ci maddələri üzrə ümumilikdə 9546 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da ötən ilin göstəricisindən 1,3 dəfə çoxdur. Onların arasında 5638 hüquqi şəxs də var — bu isə 1,5 dəfə artım deməkdir.

Qanunvericiliyə əsasən, hüquqi şəxslər üçün cərimənin məbləği 1 milyon rubla qədər ola bilər.
 

Bundan əlavə, sözügedən qaydaları pozan şirkətin fəaliyyəti 14 gündən 90 günədək müddətə dayandırıla bilər.


Ekspertlərin fikrincə, müəssisələr artıq bu risklərin fərqindədir və gələcəkdə belə halların azalma ehtimalı yüksəkdir.

Qeyd edək ki, son dövrlərdə Rusiyada miqrantlara qarşı məhdudiyyətlər və yaşama icazəsinin alınması qaydaları sərtləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin