Rusiyaya işləmək üçün yollanan insanların sosial-mədəni adaptasiyası istiqamətində iş aparılmalıdır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. O, deyib ki, bu məsələ ilə şəxsən Rusiya prezidentinin tapşırığı ilə özü məşğuldur.
Onun sözlərinə görə, miqrantlar rus dilini bilməli, həmçinin Rusiyanın çoxmillətli mədəniyyəti dərk etməlidirlər.
"Heç bir ölkə miqrant axını olmadan keçinə bilməz, lakin bu, sivil proses olmalıdır və bununla bağlı problemlər var. Qeyri-qanuni miqrasiya olur, miqrantlar tərəfindən qanun pozuntuları var”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
Dmitri Medvedev pandemiyaya baxmayaraq Rusiyada rəsmi qaydada 7 milyonadək miqrantın çalışdığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:08 / 29.01.2022
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ - Qaydalar dəyişdirilir
Hazırda oxunan: Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ - Qaydalar dəyişdirilir
Hazırda oxunan: Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ - Qaydalar dəyişdirilir
57734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.