Ankarada Azərbaycan bəstəkarlarının əsərləri səsləndirildi

Hazırda oxunan: Ankarada Azərbaycan bəstəkarlarının əsərləri səsləndirildi

577339

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ankarada təşkil edilən X Türk Dünyası Sənədli Film Festivalının mükafatlandırma mərasimində Azərbaycan xalq mahnıları və tanınmış bəstəkarlarımızın əsərləri səsləndirilib.

Bizim.Media xəbər verir ki, SƏDA musiqi kurslarının tələbələri eləcə də bir sıra türk bəstəkarlarının və dünya klassiklərinin əsərlərini ifa ediblər.

Türkiyə paytaxtında fəaliyyət göstərən SƏDA kurslarının rəhbəri Aytən Rəhimova türk xalqlarının mədəniyyətlərarası əlaqələrinə töhfə vermək fürsətindən qürur duyduğunu bildirib.

“Seçilmiş Azərbaycan musiqi əsərlərinin ifa olunması festival proqramına xüsusi rəng qatdı”, - deyə A. A.Rəhimova musiqini “mədəni diplomatiyanın universal aləti” adlandırıb.

O, Azərbaycanın və digər türk xalqlarının musiqi irsinin təbliğinin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin